“Aprel şəhidi”nin xanımı bələdiyyə seçkisinə QATILIB

SOSİAL 03 dek 2019, 12:13

“Aprel şəhidi” Təbriz Musazadənin həyat yoldaşı Pərişan Musazadə də bu il dekabrın 23-də keçiriləcək bələdiyyə seçkisində namizəd kimi iştirak edəcək.


Modern.az-ın məlumatına görə, Pərişan Musazadə Xətai rayonundan bələdiyyə üzvü seçilmək üçün mübarizə aparacaq.


Qeyd edək ki, P.Musazadə həm də “Şəhid övladları və kimsəsiz uşaqlara yardim” İB-nin sədri kimi ictimai fəaliyyət göstərir.

 

Onun həyat yoldaşı, Azərbaycan Hərbi Hava Qüvvələrinin mayoru Təbriz Musazadə 2016-cı ilin 2 aprelində ermənilər tərəfindən vurulan Mi-24 helikopterinin pilotu olub. Ölümündən sonra "Azərbaycan Bayrağı" ordeni ilə təltif edilib.

 

Demokrat.az

SEÇİLMİŞ XƏBƏRLƏR

DİGƏR XƏBƏRLƏR

XƏBƏR LENTİ
Top