Millimizin sabiq baş məşqçisi həbs edildi - Pedofiliyaya görə - Foto

İDMAN 03 dek 2019, 11:33

Cüdo üzrə Azərbaycan yığmasının keçmiş baş məşqçisi Peter Zayzenbaher həbs olunub.


 İngiltərə mətbuatı xəbər verir ki, buna səbəb onun pedofiliya əməlləri olub.

 

İkiqat Olimpiya çempionuna əvvəlcə, 10 il həbs cəzası verilsə də, eks cüdoçu əvvəllər məhkum olunmadığına görə məhkəmə onun cəza müddətini azaldıb. Zayzenbaher açıqlamasında günahkar olmadığını və apelyasiyyaya müraciət edəcəyini söyləyib: "Bu mənə qarşı qurulmuş plandır".

 

Qeyd edək ki, Zayzenbaher  Azərbaycan yığmasına 2012-ci ildən, 2014-cü ilə qədər başçılıq edib.(yenisabah.az)

 

 

Demokrat.az

SEÇİLMİŞ XƏBƏRLƏR

DİGƏR XƏBƏRLƏR

XƏBƏR LENTİ
Top