Bakıda arvad ərini döyüb küçəyə atdı — VİDEO

HADİSƏ 02 dek 2019, 21:59

Space Tv-də yayımlanan «Olar? Olmaz!» verilişində çıxış edən Sarvan adlı şəxs arvadı tərəfindən şiddətə məruz qaldığını və evdən qovulduğunu bildirib.

 

Demokrat.az xəbər verir ki, ərin sözlərinə görə arvadı səhər çıxıb axşam evə qayıdırmış. Ev işlərini özü görər, uşaqları isə məktəbə aparıb gətirərmiş. Amil Xəlil onun yaşadığı məhəlləyə yollanıb. Binəqədi qəsəbəsində qalan Sarvanın dediklərini onun qonşuları da təsdiq edib. İş o yerə gəlib ki, qonşuları Sarvanın tərəfini saxladığı üçün qarşı tərəfin təzyiqləri ilə üzləşib. Sarvanın qayınanası da açıqlama verib. Onun sözlərinə görə Sarvanın ev işləri görməyində heç bir problem yoxdur sadəcə qızı ayrılmaq istədiyini bildirib. 


 
Qayınana ilə kürəkən arasında mübahisə də düşüb. Həmin anları təqdim edirik. Qeyd edək ki, qadının və digər qohumların açıqlamalarını geniş formada siz  həftə içi hər gün 12:50 də yayımlanan «Gəl dərdini danış» sosial-kriminal layihədə izləyə bilərsiniz.

 

SEÇİLMİŞ XƏBƏRLƏR

DİGƏR XƏBƏRLƏR

XƏBƏR LENTİ
Top