Bir həftə iş olmayacaq —Baş Nazirdən yeni QƏRAR (FOTO)

SOSİAL 02 dek 2019, 21:25

Nazirlər Kabineti iş və istirahət günlərinin yerinin dəyişdirilməsi haqqında qərar verib. 

 

Demokrat.az xəbər verir ki, müvafiq qərarı Baş Nazir Əli Əsədov imzalayıb. 

 

Əmək Məcəlləsinin 105-ci maddəsinin 7-ci hissəsinə və “Azərbaycan Respublikasının Əmək Məcəlləsinə dəyişiklik edilməsi barədə” 2006-cı il 8 dekabr tarixli 194-IIIQD nömrəli Qanununun tətbiq edilməsi haqqında” Azərbaycan Respublikası Prezidentinin 2006-cı il 18 dekabr tarixli fərmanının 2-ci hissəsinə əsasən iş və istirahət günlərinin ardıcıl olmasını təmin etmək məqsədilə 2019-cu ilin 28 və 29 dekabr istirahət günləri ilə 2020-ci ilin 3 və 6 yanvar iş günlərinin yerləri dəyişdirilib.

 

Qeyd edək ki, Baş Nazir Əli Əsədovun imzaladığı sərəncama əsasən, 2020-ci il martın 20, 21, 22, 23, 24-ü Novruz bayramı, mayın 24, 25-i Ramazan bayramı, iyulun 31-i, avqustun 1-i Qurban bayramı günləri müəyyən edilib.

 

Demokrat.az

SEÇİLMİŞ XƏBƏRLƏR

DİGƏR XƏBƏRLƏR

XƏBƏR LENTİ
Top