Prezidentin yüksək vəzifəyə təyin etdiyi Gündüz Kərimov kimdir? – DOSYE

SOSİAL 02 dek 2019, 16:14

Xəbər verdiyimiz kimi, Prezident İlham Əliyev Gündüz Kərimovun Azərbaycan Respublikası Prezidentinin Administrasiyasının Qanunvericilik və hüquq siyasəti şöbəsinin müdiri təyin edilməsi haqqında sərəncam imzalayıb.

 

Demokrat.az Gündüz Kərimovun dosyesini təqdim edir:


Gündüz Hacı oğlu Kərimov 1977-ci ildə Qazax şəhərində anadan olub.

 

O, "Baker McKenzie" və onun Bakı ofisinin idarəedici tərəfdaşı olub. Birləşmiş Ərəb Əmirliklərində Fikri Mülkiyyət Təcrübə Qrupunun rəhbəri vəzifəsində çalışıb.

 

2000-ci ildən etibarən Bakı Dövlət Universitetində kommersiya hüququ və beynəlxalq intellektual mülkiyyət kurslarını tədris edib.

 

G. Kərimov 2011-2014-cü illərdə BDU-nun hüquq fakültəsinin dekan müavini vəzifəsini icra edib.

 

O, Beynəlxalq Ticarət Palatasının, Mübahisələrin həlli, Əqli Mülkiyyət və Səhiyyə təcrübəsi qruplarının üzvü, eləcə də, Parisdə Beynəlxalq Arbitraj Məhkəməsində Azərbaycanın rəsmi nümayəndəsidir.

 

Gündüz Kərimov hazırda Bakı Dövlət Universitetinin Mülki Prosessual və Ticarət Hüquqları şöbəsində dosentdir.

 

Evlidir, iki övladı var.

SEÇİLMİŞ XƏBƏRLƏR

DİGƏR XƏBƏRLƏR

XƏBƏR LENTİ
Top