Xanım icra başçısı fərdi şəkildə 100-dək vətəndaşın qəbulunu keçirdi – FOTOLAR

SOSİAL 02 dek 2019, 16:05

 Bu gün Abşeron Rayon İcra Hakimiyyətinin başçısı İradə Gülməmmədova 100-ə yaxın vətəndaşın fərdi şəkildə qəbulunu keçirib.

 

Demokrat.az xəbər verir ki, İcra Hakimiyyətinin binasında baş tutan görüşdə sakinlər tərəfindən qaldırılan məsələlər dinlənilib və həlli istiqamətində müvafiq addımlar atılıb. 

 

Qeyd edək ki, vətəndaşlar tərəfindən səsləndirilən müraciətlər əsasən işlə təmin olunma, sosial problemlər, mübahisəli torpaq məsələsi və digər suallar barəsində olub. Qəbulda bır sıra məsələlər yerindəcə həllini tapıb. Digər problemlərin həlli aidiyyatı qurumlar tərəfindən nəzarətə götürülüb. Sakinlər qəbul zamanı onlara verilən cavablardan və izahatlardan razı qaldıqlarını bildirərək, göstərilən qayğıya görə minnətdarlıq ediblər.

SEÇİLMİŞ XƏBƏRLƏR

DİGƏR XƏBƏRLƏR

XƏBƏR LENTİ
28 mar 2024, 17:53
Top