Azərbaycanda təzə bəy toy gecəsi ailəsindən imtina etdi – ŞOK SƏBƏB+FOTO

HADİSƏ 02 dek 2019, 15:42

Dünən toyu olan "Kanal 13" internet televiziyasının müxbiri Nurla Libre ailəsindən imtina edib.

 

Nurlan bu barədə sosial şəbəkədə elan edib:


"Siz heç toylara yazdırdığı pulu geri yığmaq üçün saxta məclis təşkil edən sonda isə bəylə gəlini döyərək evdən qovan ailə eşitmişdiz?


Bəli "Xoşqədəm ssenarisi"nə oxşayan əhvalat təəssüf ki, dünən başıma gəldi. Ailəm toya yazdırdığı pulu yığmaq üçün Əsli və məni aldatdı.


Bu hadisəni ictimailəşdirməkdə məqsədim bəlkə də öz doğmalarınızın qədrini anlamağınız üçündür.


‌Ailəm ilk başdan mənim Əsli ilə izdivacıma qarşı idi. Onlara görə Əsli tərbiyəsiz küçə qızı, bizim ailəmizə yaraşmayan fərd idi. Bunu mənə dedikləri zaman sakitcə dediklərini qəbul edib, evdən birdəfəlik çıxdım. Bir həftəyə yaxın dost-tanış evində qaldıqdan sonra Əsli ilə kirayə evə köçdük, nigah üçün Asan Xidmətə müraciət etdik. Bu dönəmdə Əslinin ailəsi Zərdabda toy eləmək üçün bizdən xahiş etdilər. İnanın, toya bir manat belə xərc çəkmədim. Hələ üstəlik toydan yığılan pulun artıqlamasıyla bizə verdilər ki, yeni ailəsiz, ehtiyaclarınız üçün xərcləyin. Elə bu dəm anam bizim evə qonaq gəlib, dünənə kimi fahişə dediyi Əslinin ayaqlarına düşdü ki, sən mənim gəlinim yox, qızımsan. Səni səhv tanımışıq. Toydan gələn gəlir də sizin olsun. Mən ailəmin edəcəyi toyu istəmirdim. Bakıda kiçik bir banket düzəltməyə gücüm çatırdı. Bilirdim ki, ailəm toyu mənə görə yox, nəslin içində adları təmizə çıxsın deyə edirlər. El-aləm var, qohum-qonşu nə deyər axı?! Əslinin təkidləri ilə toya razı oldum. Toy gününə kimi hər şey normal idi.

 

Toy günü Arif Hacılını məclisdə söz vermədilər ki, birdən siyasi çağırış edər problem yaranar, o da inciyərək getdi. Bizim əyləncəmizə imkan vermədilər, sanki toy qohumlar üçün imiş kimi. Bütün bunlardan sonra toydan imtina edərək Əsli ilə taksiyə minib getmək istədim. Dostlarım mənə imkan vermədi. Güc-bəla toyu başa vurduq.

 

‌Elə ki, toy qurtardı. Evdə pulun sayılma vaxtı çatdı. Dünənə kimi ailəmin "gəlinim" dediyi qız birdən-birə oldu küçə qızı. Qardaşım, atam, anam, qohumlarım üstümüzə hücum çəkib, bizi döyə-döyə evdən qovdular. Pərişan halda evdən zorla qaçdıq. Əsli sizin üçün küçə qızı idisə, bəs onda ayağına düşüb yalvarırdız ki, toy edək? Onun "fahişə" olduğu pul sayılanda yadınıza düşdü? Bu nə teatrdı qurmusuz?

‌Indi evdəyik. Sumqayıt şəhər 4-cu polis bölməsində şikayət eləmişik. Onsuz da polis rüşvət alıb işi bağlayacaq.


‌Belə ailəm olduğu üçün utanıram. Mənə övladlarının səadətini pula satan, camaat nə deyər düşüncəsi ilə yaşayan ailə lazım deyil.

 

‌Mənə və Əsliyə hörmət edərək toyuma gələn, toyda iştirak edə bilməsə də pul göndərən, başda Müsavat başqanı Arif Hacılı olmaqla bütün insanlardan üzr istəyirəm. Övladlarının şad gününü 50 qonağın 50-200 manat arası yazdıracaqları pula görə bərbad edən ailə mənə lazım deyil. Atam Qəhrəmanlı Ramiz Yusif oğlundan, anam Qəhrəmanlı Zenfira Heydər qızından, qardaşım Qəhrəmanlı Xəyal Ramiz oğlundan imtina edirəm".

 

Demokrat.az 

SEÇİLMİŞ XƏBƏRLƏR

DİGƏR XƏBƏRLƏR

XƏBƏR LENTİ
Top