İranda “quş qripi”ndən ölənlərin sayı 37-yə çatdı – Səhiyyə Nazirliyi

DÜNYA 02 dek 2019, 15:29

İranda “quş qripi” (H1N1) 37 nəfərin ölümünə səbəb olub. 

 

İran Səhiyyə Nazirliyinin açıqlamasına əsasən, bu il “quş qripi” ölkədə çox geniş formada yayılıb.

 

İlin əvvəlindən indiyədək “quş qripi”ndən 37 nəfər ölüb, çox sayda insan xəstəxanaya yerləşdirilib.

 

Kohgiluyə və Boyer-Əhməd, Gülüstan, Mazandaran, Kirman və Xuzistan əyalətlərində bu virusa yoluxanların sayı digər əyalətlərə nisbətən daha çoxdur.

 

Xəstəxanalarda “quş qripi”nə yoluxan insanlar üçün xüsusi palatalar ayrılıb. (APA)

SEÇİLMİŞ XƏBƏRLƏR

DİGƏR XƏBƏRLƏR

XƏBƏR LENTİ
Top