
"Mən Yeni Azərbaycan Partiyasının üzvüyəm. Parlament seçkilərində əgər mənim namizədliyim Yeni Azərbaycan Partiyasının siyahısı ilə irəli sürülərsə, şübhəsiz ki, mən də seçkilərdə iştirak edəcəm. Yox, əgər məsləhət olmasa, YAP namizədliyimi irəli sürməsə, o zaman müstəqil formada namizədliyimi verməyəcəm".
Bu fikirləri Demokrat.az-a açıqlamasında "Səs" qəzetinin baş redaktoru Bəhruz Quliyev bildirib.
Prezidentin həyata keçirdiyi kadr və struktur islahatlarına da toxunan baş redaktor deyib ki, sözügedən addımlar Azərbaycan dövlətini və xalqını daha böyük uğurlara aparacaq:
"Azərbaycanda həyata keçirilən kadr və struktur islahatları parlamentin də bu islahatlara cavab vermək yolunda adekvat addım atılmasını zəruri edir. Yəni, Milli Məclis də bu islahatlara qoşulmalı, həyata keçirilən kadr və struktur islahatlarının gətirdiyi yeniliklərə cavab verməli idi. Məhz bu baxımdan da atılan zəruri addımlar cəmiyyətə sirayət etmiş oldu. Artıq Azərbaycan cəmiyyəti də bu yeniliklərə qoşulur. Azərbaycanda mövcud olan demokratik seçki mühiti imkan verəcək ki, özünü nüfuzlu şəxs hesab edən şəxslər özlərini parlament seçkilərində yoxlasınlar. Sözsüz ki, Milli Məclis intelektual potensiala malik olan insanların yeridir. Hesab edirəm ki, növbəti pralemnt seçkilərində ən layiqli insanlar özlərini yoxlayacaqlar və uğur qazanacaqlar".
Zaur Hacılı
Demokrat.az