
Milli Məclisin bu gün keçirilən iclasında parlamentin buraxılması məsələsinə baxılıb.
Demokrat.az-ın məlumatına görə, müzakirələrdən sonra Milli Məclisin buraxılması və növbədənkənar seçkilərin təyin edilməsi haqqında Prezidentə müraciət edilməsi üçün qərar layihəsi
oxunub.
Qərar layihəsini Milli Məclis sədrinin müavini Bahar Muradova oxuyub.
Qərar layihəsi oxunduqdan sonra məsələ səsverməyə çıxarılıb.
Səsvermədə 99 nəfər qərar layihəsinin lehinə, 1 nəfər əleyhinə səs verib. 1 nəfər bitərəf qalıb. 1 nəfər isə səs verməyib.
Spiker Oqtay Əsədov bildirib ki, sabah parlamentin sonuncu plenar iclası ola bilər.