Rəssamlar İttifaqının maşını sayrışan işıqlar taxıb "protiv" gedir — FOTO

HADİSƏ 02 dek 2019, 12:41

Paytaxtın mərkəzində qaydaları kobud şəkildə pozan sürücünün görüntüsü digər avtomobildəki sərnişin tərəfindən  qeydə alınaraq redaksiymıza göndərilib. 


Demokrat.az xəbər verir ki, noyabrın 27-də paytaxtın Rəşid Behbudov küçəsində hərəkət edən 90-AF-556 qeydiyyat nişanlı “BMW” markalı avtomobilin sürücüsü, axına qarşı hərəkət edərək qarşıdan gələn avtomobillərə təhlükə yaradıb. 


Avtomobilə qanunsuz olaraq sayrışan işıq siqnalları da quraşdırılıb.


Avtosfer.az-ın əldə etdiyi məlumata görə qaydaları pozan avtomobil Azərbaycan Rəssamlar İttifaqına məxsusdur.

SEÇİLMİŞ XƏBƏRLƏR

DİGƏR XƏBƏRLƏR

XƏBƏR LENTİ
Top