Bakıda qaydaları pozan "AA" seriyalı maşın kimindir? — VİDEO

HADİSƏ 02 dek 2019, 12:27

Bakıda qaydaları kobud şəkildə pozan avtomobilin sürücüsü kameraya düşüb. Avtosfer.az xəbər verir ki, bu barədə video sosial şəbəkələrdə paylaşılıb. Belə ki, Yasamal rayonu, “Qələbə” dairəsi ərazisində 10 AA 322 dövlət nömrə nişanlı, “Mercedes” markalı avtomobilin sürücüsü işıqforun qırımızı işığında keçərək təhlükə yaradır.


Avtosfer.az-ın əldə etdiyi məlumata görə, maşının sahibi “Ulu Göyçə” MMC-dir.


Qeyd edək ki, “Ulu Göyçə” MMC-nin prezidenti Vasif Sultan oğlu İsmayılovdur. Vasif İsmayılov Azərbaycan Prezidenti Yanında Dövlət İdarəçilik Akademiyasının, Dövlət Bələdiyyə İdarəetməsi fakültəsində çalışır, eyni zamanda Yasamal Bələdiyyəsinin üzvüdür.


Xatırladaq ki, “Ulu Göyçə” MMC tikinti şirkətidir.

 

SEÇİLMİŞ XƏBƏRLƏR

DİGƏR XƏBƏRLƏR

XƏBƏR LENTİ
Top