Ege Hospitalda uğurlu əməliyyat — Xəstə 2 saat çəkən ürək masajı ilə həyata qayıtdı (FOTO)

MARAQLI 02 dek 2019, 12:16

Ege Hospitala, ürəkdə  öldürücü aritmiya və ürək - tənəffüs dayanması vəziyyətində gətirilmiş 1978-ci il təvəllüdlü Səməd Əhədov adlı xəstə 2 saatdan çox ürək masajı edilərək həyata qaytarılıb.


Ege Hospitalın uzman kardioloqu Aysel İslamlı tərəfindən angioqrafiya laboratoriyasına alınan xəstənin  ürəyini qidalandıran tac damarlarının tıxalı vəziyyətdə olması aşkar edilib.


Ürək damarından tromb aspirasiya edilərək  təmizlənmiş , balon və stent yerləşdirilərək damar axınının bərpası əməliyyatı həyata keçirilib. Əməliyyatdan öncə və sonra aritmiya “fırtınası” yaşayan xəstəyə 25-30 dəfə elektroşok uyğulanıb və xəstə həyata döndürülüb. 


Uzman kardioloq Aysel İslamlı bildirib ki,  tez-tez bu vəziyyətdə olan  xəstələrlə rastlaşırıq. Amma bu qədər uzun çəkən  ürək masajı sonrasında xəstənin gündəlik həyatını tam sağlam şəkildə davam etdirməsi çox sevindirici və nadir bir vəziyyətdir. 


5 gündən sonra evə buraxılan Səməd bəyin övladları bildirib ki, öncə Allahın sonra isə həkimlərin sayəsində atam bugün bizimlədir. Allah heç bir övladı valideynsiz etməsin.  Bizi atasız qoymadığı  üçün Aysel həkimə və  Ege Hospital kollektivinə öz dərin minnətdarlığımızı bildiririk. 


Qeyd edək ki,  Semed Ehmedov 2 övlad atasıdır. Əslən Samuxludur, Mingəçevirdə doğulub.
Şəkil, xəstənin öz razılığı ilə paylaşılmışdır.

 

 

Ünvan : Akademik Həsən Əliyev küçəsi 38.

Tel: 11-17 və ya 050 299-11-17

Ege hospital – Sağlamlığınız Sağlamlığımızdır

DİGƏR XƏBƏRLƏR

XƏBƏR LENTİ
26 apr 2024, 09:08
Top