Mirşahin Cümşüd Nuriyevi müdafiə etdi — VİDEO

HADİSƏ 02 dek 2019, 10:05

REAL TV-nin rəhbəri Mirşahin Ağayev müəllifi olduğu "Mir Şahinin vaxtı" verilişində sabiq millət vəkili Cümşüd Nuriyevi müdafiə edib.


O, Cümşüd Nuriyevin AzTV-də qadınlarla bağlı səsləndirdiyi fikirləri şərh edib. 


Mirşahin Ağayev çıxışında bildirib ki, C.Nuriyevin kontekstdən çıxarılmış bir fikri kütləvi lənət, təhqir və təhdidə səbəb olub:


"Cümşüd Nuriyevi ittiham etməyə başladılar ki, guya Qarabağda döyüşən qadınları təhqir edib. Əslində isə söhbət Xanım Xəlilova adlı bir qadının başına toplanmış, qara güruhbaşıların lazım olduqda siyasi sapand kimi istifadə etdiyi qüvvədən gedirdi. Yeri gəlmişkən, elə həmin Xanım Xəlilova Elçibəy hakimiyyətinin ayrı-ayrı üzvlərini kişiciklər adlandırmaqdan çəkinmirdi".


M.Ağayev efirdə Xanım Xəlilova və 1992-ci ildə parlament binasının qarşısına toplaşan qadınlarla bağlı arxiv görüntüləri təqdim edib.

 


Demokrat.az

SEÇİLMİŞ XƏBƏRLƏR

DİGƏR XƏBƏRLƏR

Top