Ərdoğan Türkiyənin nüvə proqramına başlamaq qərarı verə bilər — ŞOK İDDİA

DÜNYA 01 dek 2019, 21:46

İngiltərədə dərc edilən “The Economist” jurnalı, Türkiyədə yerləşdirilmiş ABŞ-a məxsus nüvə silahlarının ABŞ və avropalı NATO müttəfiqlərinin narahatlığına səbəb olduğunu yazıb. 


Jurnalda qeyd edilir ki, gələn həftə Londonda keçiriləcək NATO sammitində bir çox dünya liderinin ağlında Türkiyədəki nüvə bombaları mövzusu olacaq.


ABŞ-ın NATO-nun nüvə proqramı çərçivəsində Avropanın beş ölkəsində ümumi 150 nüvə başlığı yerləşdirdiyini xatırladan “Economist” bunlardan çoxunun (təxminən 60-70 nüvə başlığı) Türkiyə və İtaliyada, qalanlarının isə Belçika, Almaniya və Hollandiyada yerləşdirildiyini yazıb.


Nüvə silahları ilə bağlı narahatlıqların ən çox Türkiyə ilə bağlı olduğunu yazan jurnal, bunun pərdəarxası məqamlarını aşağıdakı kimi izah edib:


* Amerikalı səlahiyyətliləri ən çox narahat edən məsələ Türkiyənin cənubunda, Suriya sərhədinə bir neçə saatlıq məsafədə olan İncirlik Hərbi Bazasında yerləşdirilmiş nüvə başlıqlarıdır.


* 1960-cı ilin dövlət çevrilişində və 1975-ci ildə iki ölkə arasındakı diplomatik qarşıdurmada amerikalılar bombaların geri alınmasını düşünürdülər.


Demokrat.az

SEÇİLMİŞ XƏBƏRLƏR

DİGƏR XƏBƏRLƏR

XƏBƏR LENTİ
Top