Napoleonun çəkmələri 117 min avroya satıldı — FOTOLAR

MARAQLI 01 dek 2019, 20:53

Napoleon Bonapartın Müqəddəs Yelena adasında sürgündə olduğu vaxt geydiyi çəkmələr Parisdə keçirilən hərracda 117 min avroya satılıb. O, ölümündən əvvəl öz şəxsi əşyalarını oğluna verməyi vəsiyyət etmişdi.


Parisin “Drouot” Hərrac Evinin məlumatında qeyd olunur ki, “hələ də imperiyanın pərəstişkarları çoxdur”.


İmperatorun sürgündə vəfat etməsindən sonra çəkmələri götürən yavər Anri Bertran onları Napoleonun heykəlini hazırlayan italyan heykəltəraş Karlo Maroçettiyə təhvil verib.


Sonradan heykəltəraşın oğlu çəkmələri senator Pol Le Ruya verib və onun varisləri də onları günümüzədək saxlayıblar.


Çəkmələrdən belə qənaətə gəlmək olar ki, imperatorun ayağının ölçüsü 40, boyu isə 169 santimetr olub(azərtac).

DİGƏR XƏBƏRLƏR

XƏBƏR LENTİ
Top