Azərbaycanda axundun oğlu sərxoş vəziyyətdə saxlanıldı

HADİSƏ 01 dek 2019, 16:09

Ötən gün rayonun mərkəzi küçəsində Məzahir Feyzulla oğlu Tağıyevin idarə etdiyi “10 LF 572” dövlət nömrə nişanlı “VAZ-2107” markalı minik avtomobili yol patrul xidməti əməkdaşları tərəfindən saxlanılıb.


Yoxlamalar zamanı məlum olub ki, M. Tağıyev içkili vəziyyətdə sürücülük hüququ olmadan nəqliyyat vasitəsini idarə edir. Saxlanılan şəxs barədə müvafiq qaydalar çərçivəsində tədbir görülüb. 


Qeyd edək ki, M. Tağıyev Zərdab rayon Cümə məçidinin axundu Feyzulla Tağıyevin oğludur. (APA)

SEÇİLMİŞ XƏBƏRLƏR

DİGƏR XƏBƏRLƏR

XƏBƏR LENTİ
Top