Əli Həsənovun qəzeti Prezidentin onunla bağlı Sərəncamını dərc etmədi — FAKT

HADİSƏ 01 dek 2019, 15:13

Xəbər verdiyimiz kimi, noyabrın 29-da Prezident İlham Əliyevin imzaladığı Sərəncamla Əli Həsənov Azərbaycan Respublikası Prezidentinin ictimai siyasi məsələlər üzrə köməkçisi - şöbə müdiri vəzifəsindən azad edilib. Sözügedən Sərəncam Azərbaycan Prezidentinin rəsmi internet səhifəsində və AZƏRTAC-da yerləşdirilsə də, ancaq Əli Həsənova məxsus olan bəzi KİV-lərdə yer almayıb. Belə ki, Əli Həsənovun həyat yoldaşı Sona Vəliyevanın təsisçisi olduğu "Kaspi" qəzeti ölkə Prezidentinin bu Sərəncamını dərc etməkdən imtina edib. Qəzetin 30 noyabr tarixli nömrəsində Prezident İlham Əliyevin ayın 29-da imzaladığı Sərəncamlar arasında yalnız Əli Həsənovla qərarı dərc olunmayıb. 


Görünür, Əli Həsənovun vəzifəsindən çıxarılması onun üçün də gözlənilməz olub. Buna görə də Sona Vəliyeva rəhbərlik etdiyi qəzetdə Prezident İlham Əliyevin Əli Həsənovla bağlı məlum Sərəncamının dərc etməkdən imtina edib. 


Qeyd edək ki, Sona Vəliyeva "Kaspi" qəzetininin təsisçisi olmaqla yanaşı, "Kaspi" Mətbuat və Təhsil Mərkəzinə də rəhbərlik edir. 

 


Elçin Rizvanoğlu
Demokrat.az

SEÇİLMİŞ XƏBƏRLƏR

DİGƏR XƏBƏRLƏR

XƏBƏR LENTİ
Top