32 yaşlı qadın qonaq getdiyi evdə öldü

HADİSƏ 01 dek 2019, 13:55

Ağdam rayonunda bədbəxt hadisə baş verib. 


Demokrat.az-ın məlumata görə, hadisə rayonun Albəyli qəsəbəsində qeydə alınıb.


Belə ki, həmin kəndə qonaq gedən Bərdə rayon Dəymədağlı kənd sakini 32 yaşlı İsmayılova Şəfəq Tariyel qızını elektrik cərəyanı vurub. Yaralı qadın xəstəxanaya yerləşdirilsə də, həkimlər onun həyatını xilas edə bilməyib.


Faktla bağlı Ağdam Rayon Prokurorluğunda araşdırma aparılır.(Qafqazinfo)

SEÇİLMİŞ XƏBƏRLƏR

DİGƏR XƏBƏRLƏR

XƏBƏR LENTİ
Top