Məcburi köçkünlərin çadır şəhərcikləri, vaqonlar və yataqxanalardakı həyatını, onların yeni mənzillərə köçürülməsi ilə bağlı ölkədəki vəziyyəti, beynəlxalq təşkilatların və hökumətin məcburi köçkünlərin mənzil şəraitinin yaxşılaşdırlması sahəsindəki fəaliyyətini əks etdirən “Çadır şəhərciklərindən yeni qəsəbələrə” sənədli filmi artıq yayımlanmağa başlanıb.
Baku Film School Prodakşn və Humaintar Tədqiqatlar İctimai Birliyinin birgə istehsal etdiyi Film School Production youtube ünvanından və yaxud “Bakufilmschool” facebook ünvanı üzərindən izləmək mümkündür. Filmin ssenari müəllifi və rejissoru Əvəz Həsənovdur.