Avtomobillərə Quran ayələrini həkk etmək qadağan edildi?

MARAQLI 01 dek 2019, 09:23

“Əcdadlarımız Quranın olduğu otaqda soyunub-geyinməkdən belə, çəkinərdilər...” 


Çeçenistan Respublikası Müsəlmanları Ruhani İdarəsi avtomobil sahiblərindən Quran ayələrindən tonlama, yəni maşınlarına həkketmə kimi yararlanmaqdan imtina etməyə çağırıb.  

Moderator.az xəbər verir ki, “Qroznı-inform” portalının yaydığı məlumatda belə deyilir.

 

Paytaxt Qroznı müftisinin müavini, qazı  Adam İlyasovun sözlərinə görə, bu cür davranışlar  Uca Allahın kəlamlarını təhqir etmək deməkdir.  

 

“Avtomobillərinin üzərinə Quranı-Kərim ayələri həkk edilmiş sürücülərdən onları kənarlaşdırmağı xahş edir və Quran kəlamlarını ləkələməməyə çağırırıq. Bu, yersizdir. Bununla oynamaq olmaz. Bilirik ki, Qurana yalnız dəstəmazlı şəkildə toxunmaq olar. Siz isə Quran ayələrini avtomobilin ən çox çirklənən hissəsi olan arxa pəncərəsinə yapışdırırsınız. Belə davranış bu gün gənclər arasında yayılır. Dəbə çevrilir. Biz xahiş edirik ki, bunu etməyəsiniz. Əcdadlarımız Quranın olduğu otaqda soyunub-geyinməkdən belə, çəkinərdilər. Müqəddəs Yazılara hörmət göstərərək hər hansı bir  məkana Quran daxil olanda dədə-nənələrimiz  ayağa qalxardılar. Çünki bu, sünnədir. İndi çoxları bunu aradan çıxarıb. Ona görə də bu Müqəddəs Yazıları yapışdıran, onların əksini reklam məhsulu kimi istehsal edən və satanları Allahdan qorxmağa və Quran ayələrini murdarlamamağa  çağırırıq”- deyə din xadimi bəyan edib. 

 

Müfti müavini qeyd edib ki, bütün müsəlman dünyasında İslam qanunlarının biliciləri - fəqihlər də Qurandan ayələr yazıb  maşınlara yapışdırmağı qadağan edib. 

DİGƏR XƏBƏRLƏR

XƏBƏR LENTİ
20 apr 2024, 13:03
Top