AFFA prezidenti AVRO-2020-nin püşkatmasında iştirak edir

İDMAN 30 noy 2019, 21:31

2020-ci ildə keçiriləcək futbol üzrə Avropa çempionatının final mərhələsinin püşkatma mərasimi Rumıniyanın paytaxtı Buxarestdəki ROMEXPO sərgi və konsert kompleksində keçirilir.

 

Demokrat.az xəbər verir ki, Bakı vaxtı ilə saat 21:00-da başlamış mərasimdə çempionatın ev sahibi şəhərlərindən biri olan Bakıdan da təmsilçilər iştirak edirlər. Nümayəndə heyətinə AFFA-nın prezidenti Rövnəq Abdullayev, vitse-prezident Elşad Nəsirov, baş katib Elxan Məmmədov, “Avro 2020”nin final mərhələsinin Bakıda keçiriləcək oyunları üzrə Əməliyyat Qrupunun layihə koordinatoru Kamran Vəliyev, AFFA-nın beynəlxalq əlaqələr şöbəsinin müdiri Könül Mehtiyeva və Bakı Olimpiya Stadionunun direktoru Cavid Qarayev daxildirlər. 

 

Demokrat.az

SEÇİLMİŞ XƏBƏRLƏR

DİGƏR XƏBƏRLƏR

XƏBƏR LENTİ
Top