ATV-nin efirində qayınana ilə gəlin davaya çıxdı – VİDEO

SOSİAL 30 noy 2019, 19:01

Aparıcı Zaur Baxşəliyevin "Bizimləsən" verilişində gəlinlə qayınana arasında dava düşüb.

 

Demokrat.az axşam.az-a istinadən xəbər verir ki, verilişə gələn Günay və Ramin adlı cütlük arasında mübahisə yaşanıb. Ramin övladını Günaya vermək istəmədiyini deyib.

 

Raminin anası Rahilə də verilişə gələrək qızı gəlin kimi qəbul etmədiyini söyləyib:

 

"35 yaşımdan tək övlad böyüdürəm. 17 illik ailəmi ərim qoydu getdi. Uşaqlarımı tək böyütdüm. hamilə olanda Günaya dedim ki, səndən uşaq istəmirəm. Evlənib boşanmış qadındır. Mən toy edib, evimə gəlin gətirmək istəyirəm. Kişi kimi qadınam, əlimi stola vururamsa, dediyim olmalıdır. Uşağım gedib zülmlə işləyir, alır əlindən. Uzaq gəzsin uşağımdan. Bədbəxt, get balalarını oxut, sənəd ver əllərinə".


Günay isə "Yalan danışır. Rusiyada gündə bir kişiylə gəzən rəfiqən var" deyərək, qadını daha da özündən çıxarıb.

 

Rəhilə "Onun haqqı yoxdur kiminsə haqqında belə söz desin. Onu studiyadan çıxarın, yoxsa onu parçalayacam. Cinə oxşayırsan, çıx uşağımın yanından. Səni parçalayaram" deyərək, qışqırırb.

 

"Anam həyatımda atdığım addıma "yox" desəydi, qəbul edərdim. Anamı heç bir zaman əziyyət çəkməsinə imkan verməzdim. Anam əziyyətlə, zülmlə, kipriyi ilə od kötürüb, məni böyüdüb. Məni hər kəs ata bilər, anamdan başqa" deyə, Zaur söyləyib.

 

 

Demokrat.az

SEÇİLMİŞ XƏBƏRLƏR

DİGƏR XƏBƏRLƏR

XƏBƏR LENTİ
Top