Avropadan sığınacaq istəyən sabiq polis əməkdaşının qaynı icra başçısının müavinidir — ŞOK İDDİA

HADİSƏ 30 noy 2019, 12:57

Almaniyada mühacirətdə olan sabiq polis zabiti İdris Axundovun qaynı Bəxtiyar Osmanov Xaçmaz rayon icra hakimyyəti başçısının müavinidir.

 

Demokrat.az-ın xəbərinə görə, bu iddianı Müsavat Partiyasının başqanlığına sabiq namizəd, Milli Şuranın üzvü Tofiq Yaqublu irəli sürüb.
 

T.Yaqublu Müsavat Partiyasının rəhbərliyini nəzərdə tutaraq qeyd edib ki, dəfələrlə tələb etməsinə baxmayaraq, Müsavat Partiyasından siyasi mühacirlərə partiya üzvlüyü haqqında verilmiş arayışlarla tanış olmağa imkan verməyiblər: 


“Dedilər ki, mühacirin yaxınlarına təhlükə yaranar(?). İdris Axundov Xaçmaz rayonunda polis zabiti olub. Törətdiyi ciddi maliyyə fırıldaqlarına görə barəsində cinayət işi qaldırılıb. Adam Avropaya gəlib müsavatçı və Avropa Koordinasiya Mərkəzinin (AKM) üzvü olub. AKM-in aksiyalarında iştirak edir. Buna baxmayaraq, onun qaynı Bəxtiyar Osmanov Xaçmaz rayon icra hakimiyyəti başçısının müavini vəzifəsində çalışır və işini davam etdirir. Bu, necə olur?”.(Pravda.az)

SEÇİLMİŞ XƏBƏRLƏR

DİGƏR XƏBƏRLƏR

XƏBƏR LENTİ
Top