AQTA tələbələrin zəhərlənməsi ilə bağlı məlumat yaydı

HADİSƏ 30 noy 2019, 11:07

Azərbaycan Qida Təhlükəsizliyi Agentliyi Nizami rayonu NZS qəsəbəsində iki tələbənin  zəhərlənməsi barədə məlumat yayıb.

AQTA-dan Demokrat.az-a bildirilib ki, iki nəfərin qidadan zəhərlənməsi ehtimalı barədə məlumat agentliyə daxil olduqdan dərhal sonra Agentlik əməkdaşları tərəfindən araşdırmalara başlanılıb:

 

“İlkin məlumatda tələbələrin ev şəraitində hazırlanmış turşulardan istifadə etdiyi bildirilir. Hazırda müvafiq qurumlarla birgə hadisənin baş vermə səbəbləri, qida zəhərlənməsi olub-olmaması istiqamətində araşdırma aparılır”.

 

AQTA-dan qeyd edilib ki, araşdırmaların yekun nəticəsi ilə bağlı məlumat veriləcək.

SEÇİLMİŞ XƏBƏRLƏR

DİGƏR XƏBƏRLƏR

XƏBƏR LENTİ
Top