Bakıdakı yanğında iki azyaşlı öldü — YENİLƏNİB

HADİSƏ 29 noy 2019, 22:33

Suraxanıdakı yanğında tüstüdən boğularaq ölən azyaşlıların kimlikləri bəlli olub. 

 

Oxu.Az xəbər verir ki, hadisə zamanı vəfat edənlər bacı-qardaş olub. 

 

Onlar 2016-cı il təvəllüdlü Əlizadə Ruqiyyə Anar qızı və 2013-cü il təvəllüdlü Əlizadə İsmayıl Anar oğludur. 

 

22:12

Bakı şəhərinin Suraxanı rayonunda ikimərtəbəli kommunal tipli yaşayış binasının ikinci mərtəbəsində ümumi sahəsi 40 m² olan 2 otaqlı mənzilin 1 otağının yanar konstruksiyaları və içərisindəki əşyalar 15 m² sahədə yanıb.  

 

FHN-dən Oxu.Az-a verilən məlumata görə, yanğınsöndürənlər hadisə yerinə çatana kimi iki azyaşlı tüstüdən boğulmuş halda xəstəxanaya aparılıb.  

 

Xəstəxanadan verilən məlumata əsasən, azyaşlılar yolda vəfat edib. 

 

Mənzilin qalan hissəsi yanğından mühafizə olunub.  

 

Yanğın yanğından mühafizə bölmələri tərəfindən söndürülüb. 

SEÇİLMİŞ XƏBƏRLƏR

DİGƏR XƏBƏRLƏR

XƏBƏR LENTİ
Top