London körpüsündə atışma oldu

DÜNYA 29 noy 2019, 21:45

London körpüsündə naməlum şəxslər bir neçə dəfə atəş açıblar.

 

BBC verdiyi məlumata görə, hadisə yerinə silahlı polislər gəlib, körpü bağlanıb.

 

“Skotlend-Yard”-dan (London Polis İdarəsi) hadisənin baş verdiyini təsdiqləyiblər.

 

“Britaniya polisi bir neçə nəfərin yaralanması ilə nəticələnən insidentin günahkarını saxlayıb”, - deyə “Skotlend-Yard”ın mətbuat xidməti “Twitter”də məlumat yayıb.

 

İnsident nəticəsində beş nəfərin xəsarət aldığı bildirilir. Hadisə yerinə həkim briqadaları cəlb olunub.

 

London körpüsünün yaxınlığında yerləşən Boro bazarı ətrafında partlayış baş verməsi barədə “Sky News” telekanalının yaydığı məlumatı isə polis təkzib edib.(APA)

SEÇİLMİŞ XƏBƏRLƏR

DİGƏR XƏBƏRLƏR

XƏBƏR LENTİ
Top