Sahil Babayev: “Sosial xidmətçilərin fəaliyyətinə nəzarət gücləndirilməlidir”

SOSİAL 29 noy 2019, 12:47

“Bu ilin 10 ayı ərzində Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin Bərpa mərkəzləri tərəfindən 7241 nəfər əlilliyi olan şəxsə stasionar, 1867 nəfər əlilliyi olan şəxsə isə ambulator qaydada reabilitasiya xidmətləri göstərilib. Yeni reabilitasiya ocaqları istifadəyə verildikcə bu göstəricilər əhəmiyyətli dərəcədə yüksələcək”.

 

APA-nın xəbərinə görə, bunu Əmək və Əhalinin Sosial Müdafiəsi naziri Sahil Babayev nazirliyin kollegiya iclasında bildirib.

 

Sosial xidmətlərin əhatə dairəsinin genişləndirildiyini qeyd edən S.Babayev bu sahədə göstərilən xidmətlərə, sosial xidmətçilərin fəaliyyətinə monitorinq və nəzarət sisteminin gücləndirilməsinin vacibliyini diqqətə çatdırıb. O, ümumilikdə sosial xidmətlərin keyfiyyətinin artırılması, bu sahədə fəaliyyət mexanizminin yenidən qurulmaqla təkmilləşdirilməsi üçün islahat tədbirlərinin zəruri olduğunu bildirib.

 

Nazir həmçinin qeyd edib ki, peşə reabilitasiyası tədbirləri də gücləndirilməli, Sağlamlıq imkanları məhdud gənclərin Peşə Reabilitasiyası Mərkəzinin imkanlarından daha səmərəli istifadə təmin edilməlidir.

SEÇİLMİŞ XƏBƏRLƏR

DİGƏR XƏBƏRLƏR

XƏBƏR LENTİ
Top