Bakıda bir ailənin 4 üzvü qidadan zəhərləndi

HADİSƏ 29 noy 2019, 11:08

Biləcəri 5-ci Şimal küçəsində yerləşən fərdi yaşayış sahəsində bir ailənin 4 üzvünün zəhərlənməsi barədə məlumat Təcili Tibbi Yardıma saat 22:27-də daxil olub.

Səhiyyə Nazirliyinin mətbuat xidmətindən Demokrat.az-a verilən məlumata görə, ünvana gələn Təcili Tibbi Yardım briqadasının həkimləri evdən 11 və 16 yaşlı qızları, onların 37 yaşlı anasını və 59 yaşlı nənəsini götürüblər.

 

Azyaşlılar 2 saylı uşaq xəstəxanasına, ana ilə nənə isə KTM-ə çatdırılıblar.

 

Həkimlərlə söhbət zamanı xəstəxanaya çatdırılanlar istifadə müddəti bitmiş yağ yediklərini bildiriblər. Hazırda onların müalicələri davam edir. Səhər saat 09:07 üçün 2 saylı uşaq xəstəxanasından aldığımız məlumata görə qızlara lazımı tibbi yardım göstərilib, həyatları üçün təhlükə yoxdur.

 

Müalicələri bitdikdən sonra yaxın günlərdə evə yazılacaqlar.

 

Kliniki Tibbi Mərkəzdə olan ana ilə nənə isə ilkin tibbi yardımdan sonra ambulator müalicəyə buraxılıblar.

SEÇİLMİŞ XƏBƏRLƏR

DİGƏR XƏBƏRLƏR

XƏBƏR LENTİ
Top