Tramp gözlənilmədən Əfqanıstana yollandı – FOTO

DÜNYA 28 noy 2019, 23:50

ABŞ prezidenti Donald Tramp gözlənilmədən Əfqanıstana səfər edib.

 

Bu barədə "Reuters" məlumat yayıb.

 

Qeyd edilir ki, ABŞ dövlət başçısı Əfqanıstan prezidenti Əşrəf Qəni ilə görüşüb. 


"Reuters"in yaydığı fotoda Donald Trampın həmçinin hərbçilərlə nahar etdiyi əks olunur.


Qeyd edək ki, ABŞ lideri ötən həftə Əfqanıstan prezidenti ilə telefon vasitəsilə danışıq aparıb. Tramp Əşrəf Qənini Vaşinqtona rəsmi səfərə dəvət edib.

 

Dövlət başçıları həmçinin radikal "Taliban" hərəkatı ilə sülhə nail olunmasına dair planın 7 maddəsini müzakirə ediblər. 

 

ABŞ prezidenti "Taliban"ın oğurladığı ABŞ və Avstraliya professorların azad edilməsinə görə, Əfqanıstan prezidentinə təşəkkür edib. (Report)

SEÇİLMİŞ XƏBƏRLƏR

DİGƏR XƏBƏRLƏR

XƏBƏR LENTİ
Top