Bu qəsəbədən Bakının mərkəzinə marşrut avtobusu işləmir – VİDEO

SOSİAL 28 noy 2019, 22:05

Paytaxtın Qaradağ rayonu Sahil qəsəbəsində yaşayan sakinlər marşrut problemindən əziyyət çəkirlər. Qəsəbədən Bakının mərkəzinə heç bir marşrut avtobusu işləmədiyindən sakinlər ya taksi ilə ya da əlavə 2 marşrut xəttindən istifadə edirlər.

 

Təxminən 45 mindən çox əhalisi olan qəsəbədən paytaxtın mərkəzi hissəsinə heç bir marşrut avtobusu işləmir.

 

Paytaxtın Qaradağ rayonu Sahil qəsəbəsində yaşayan sakinlər Bakının mərkəzinə getmək üçün 2 marşurt xəttindən, ya da taksidən istifadə edirlər.Çünki bu qəsəbədən birbaşa Bakının mərkəzinə maşurt xətti işləmir.

 

Problemdən ən çox əziyyət çəkənlər tələbələr və şəhərin mərkəzində işləyən sakinlər olur.Sakinlər tezlikə qəsəbədən Paytaxtın mərkəzinə marşurt xəttinin açılmasını istəyirlər.

 

Bakı Nəqliyyat Agentliyinin mətbuat xidmətinin rəhbəri Mais Ağayev isə ''Xəzər Xəbər''ə bildirib ki, qeyd edilən istiqamətdə mövcud problemlə bağlı agentliyə çoxlu sayda müraciətlər olub.

 

Agentlik tərəfindən Sahil və Lökbatan qəsəbələri istiqamətində fəaliyyət göstərən daşıyıcı şirkət qarşısında bu problemin həll edilməsi üçün məsələ qaldırılıb.Onlara yazılı və şifahi xəbərdarlıq edilməsinə baxmayaraq daşıyıcı şirkət problemin aradan qalıdırlması üçün heç bir tədbir görməyib.Elə buna görə də marşurt xətlərinin yenilənməsi işləri çərçivəsində problemə laqeyid yanaşan bu daşıyıcı şirkət marşurt şəbəkəsindən uzaqlaşdırılacaq.Əvəzində isə Sahil qəsəbəsindən birbaşa Paytaxtın mərkəzinə işləyən rahat və təhlükəsiz avtobuslar fəaliyyət göstərəcək.

 

SEÇİLMİŞ XƏBƏRLƏR

DİGƏR XƏBƏRLƏR

XƏBƏR LENTİ
25 apr 2024, 13:44
Top