Şəkidə çörək sexində partlayış baş verib.
Demokrat.az xəbər verir ki, qaz sızması nəticəsində baş verən partlayış zamanı 1 nəfər xəsarət alıb.
Səhiyyə Nazirliyindən verilən məlumata görə, xəsarət alan qadının vəziyyəti orta ağırdır. Kürək və hər iki qolun yanığı diaqnozu ilə Şəki MRX-ya çatdırılan qadının bədənindəki yanıqlar 2 və 3-cü dərəcəlidir.
Ona lazımi tibbi yardım göstərilib, müalicəsi davam edir.