İqtisadiyyat Nazirliyində yeni kadr təyinatları

İQTİSADİYYAT 28 noy 2019, 16:37

İqtisadiyyat Nazirliyi yanında Azərbaycanda İxracın və İnvestisiyaların Təşviqi Fondunun (AZPROMO) prezidentinə daha bir müşavir təyin edilib.

Demokrat.az “Report”a istinadla xəbər verir ki, bu, Fuad Pənahovdur.

 

O, bundan əvvəl nazirliyə məxsus “Sumqayıt Kimya Sənaye Parkı” MMC-nin direktor müavini olub. F.Pəhanovu köhnə vəzifəsində indiyə qədər bu şirkətdə çalışan Elxan Şiriyev əvəz edib.

 

AZPROMO prezidentinin digər müşaviri isə əvvəlki qaydada Nəcmin Həsənlidir.

 

Fondun prezident vəzifəsini isə müvəqqəti olaraq Yusif Abdullayev icra edir.

SEÇİLMİŞ XƏBƏRLƏR

DİGƏR XƏBƏRLƏR

XƏBƏR LENTİ
Top