Rusiyada səmada UNO görüntülənib — VİDEO

MARAQLI 28 noy 2019, 14:28

Rusiyanın Krasnodar əyalətinin sakinləri Kalinski stansiyası üzərində “Odlu UNO” görüblər.


Demokrat.az xəbər verir ki, bu barədə Life.ru xəbər yayıb.


Bildirilir ki, hadisənin görüntüləri sosial şəbəkələrdə paylaşılıb.


Hadisə şahidi üfüqdə dayanan odlu obyekti kamerasının yaddaşına köçürüb. Kadrlardan görünür ki, kamera tərpədilsə də, obyekt tərpənməz olaraq qalıb.


Görüntülər barədə sosial şəbəkə istifadəçiləri müxtəlif fikirlər səsləndiriblər. Bir qisim bunun, doğrudan da, uçan naməlum obyekt ola biləcəyini desələr də, digərləri gizli silah ehtimalını irəli sürüb.

 

DİGƏR XƏBƏRLƏR

XƏBƏR LENTİ
Top