Eyni məhsulun fərqli saxlanma müddəti var — VİDEO

SOSİAL 28 noy 2019, 12:06

Sosial şəbəkələrdə müştərilərdən biri “Белгородские овощи” fabrikində istehsal edilən, "Veysəloğlu" distributor tərəfindən dağıtım və satışını həyata keçirilən “Salatto” məhsulu barəsində video paylaşıb.


Demokrat.az xəbər verir ki, görüntülərdə istehsal müddətləri arasında cəmi 18 gün fərq olan, eyni qutu, eyni paramentlərə malik iki məhsulun fərqli saxlanma müddətləri göstərilib. Belə ki, məhsulun biri 36 ay, digəri isə 48 ay saxlanma müddəti ilə istehlakçılara təqdim olunub. Təbii ki, sual yaranır. Bu uyğunsuzluğun səbəbi nədir?


Müzakirələrə səbəb olan videonun şərh bölümündə açıqlama verən şirkətin İctimai Əlaqələr Şöbəsinin rəsmisi Aynur Musayeva bildirib ki, məhsulun istehsal prosesi, eləcə də qablaşdırma zamanı istifadə olunan rəf ömrü nəzərə alınmaqla son istifadə tarixi qeyd edilir. 

 


“Standartlara əsasən emal təbəqə ilə örtülmüş dəmir qabda məhsulun saxlanma müddəti 48 aydır. Distribüterliyini etdiyimiz bütün markaların ölkəyə idxalı zamanı hər bir partiya məhsul AQTA tərəfindən müasir labaratoriyalarda standartlara uyğun şəkildə yoxlanışı həyata keçirildikdən sonra satışına icazə verilir. Eyni zamanda şirkətimiz son istifadə tarixi bitməsinə ən az 40 gün qalmış məhsulları satış rəflərindən çıxarılaraq prosedura uyğun şəkildə utilizasiya edilir.”


Lakin market təmsilçiləri və müştərilər bu fikirlə razılaşmayıb. Bildiriblər ki, satdıqları məsullara məsuliyyət daşıyırlar. Səməd Xəlilov adlı market təmsilçisi bildirir ki, bu cür hallarla qarşılaşdıqda müştərilərin suallarına cavab verməyə borcluyuq.


“Biz müştəriyə izah edə bilmərik ki, emal təbəqə ilə örtülən 48 aydır. Emal təbəqə ilə örtülməyən 36 aydır. Bunun bir yalan olduğunu müştəri də dərhal anlayar. Lazım olsa hər ikisini açıb orda heç bir fərq olmadığını sübut edə bilər.


10 gün içərisində istifadə müddətini 36 aydan 48 aya qaldırmaq məntiq sığmır. Bu insan həyatı ilə insan sağlamlığı ilə oynamaq deməkdir.”


Bəzi müzakirə iştirakçıları bunun səhv olduğunu, istehsalçının bu səhvi düzəltməli olduğunu vurğulayıblar. Bəziləri isə məsələnin insan sağlamlığı üçün ciddi fəsad törədəcəyini qeyd ediblər.(AzFood.az)

 

SEÇİLMİŞ XƏBƏRLƏR

DİGƏR XƏBƏRLƏR

XƏBƏR LENTİ
Top