İlham Namiq Kamal Afaq Bəşiqızı haqda: "Bəlkə vəzifə istəyir" (VİDEO)

ŞOU-BİZNES 28 noy 2019, 11:59

Xalq artisti Afaq Bəşirqızının Teatr Xadimlərinin Qurultayını yarımçıq tərk etməsi İTV-də yayımlanan "3D" proqramında müzakirə obyektinə çevrilib. Xalq artisti İlham Namiq Kamal Dadaş Dadaşlinskinin bu mövzuda sualını cavablandırarkən aktrisanın bəlkə də vəzifə istədiyini bildirib.

 

"Bəli mən o qurultayda var idim. Mən sizə deyim ki, orda nazirimiz Əblüfəz müəllim çıxış elədi.

 

O, çıxışında da qeyd elədi ki, biz neçə illərdir ki, teatr ittifaqı ilə anlaşıqlı şəkildə inkişaf edirik. O vəziyyətdə Afaq xanım durub getdi. Mən bilmədim. Bəlkə onun da ürəyi istəyir. Bəlkə vəzifə istəyir, mən onu bilmirəm. Mən heç kimi dəstəkləmirəm. Mən ancaq özümü dəstəkləyə bilərəm. Hər kəs öz peşəsi və sənəti ilə məşğul olda, daha yaxşı olar",-deyə İlham Namiq Kamal bildirib.

 

Qeyd edək ki, xalq artisti Afaq Bəşirqızı qurultayı yarımçıq tərk etməsini teatrda yeni qanın, yəni gənc nəslin qarşısını kəsənləri ifşa etməklə əlaqələndirib.(BAKU.WS)

 

 

DİGƏR XƏBƏRLƏR

XƏBƏR LENTİ
Top