Almaniyadakı azərbaycanlı miqrantın məhkəməsində ŞOK DETALLAR

HADİSƏ 27 noy 2019, 22:56

Hazırda Almaniyada yaşayan mühacir jurnalist Yafəs Həsənov miqrant işi üzrə keçirilən bir məhkəmə prosesi barədə məlumat verib.

 

O, sosial şəbəkədə yazdığı statusda bu məsələnin detallarına toxunub: "İki gün öncә Almaniyada bir nәfәr Müsavat, hәm dә AKM üzvünün miqrant işi üzrә mәhkәmәsi olub. Hakim әsasәn Müsavat Partiyası, AKM, onun sәdri, üzvlәri, vәsiqәlәri, arayışları haqda suallar verib. Әn çox dirәşdiyi dә arayışların neçәyә satılması olub. Adam da AKM-i yıxıb- sürüyüb. Maraqlı suallardan biri dә o olub ki, "Arif Hacılı arayışları özü şәxsәnmi satır"? Bu da deyib ki, şәxsәn satanda görmәmişәm, ancaq onun xәbәri olmadan bunu heç kim edә bilmәz".

 

Xatırladaq ki,  Y.Həsənov Müsavat Partiyasının miqrant alverində, saxta vəsiqə bazarında aktiv olduğunu iddia edən statuslar və müsahibələrlə çıxış edir. Müsavat rəhbərliyi isə ona qarşı bu ittihamları yönəldən hər kəsə münasibətdə olduğu kimi, Y.Həsənova da hücum mövqeyində dayanır və onu hakimiyyətin sifarişini həyata keçirməkdə ittiham edir. (Musavat.com)

SEÇİLMİŞ XƏBƏRLƏR

DİGƏR XƏBƏRLƏR

XƏBƏR LENTİ
Top