""Sevilya" ilə matç xal baxımından bizim üçün çox vacib oyundur" — Qurban Qurbanov

İDMAN 27 noy 2019, 22:42

"Yaxşı komandaya qarşı mübarizə aparacağıq. Üstəlik, rəqib növbəti mərhələyə birinci yerlə vəsiqəni təmin edib". 

 

Apasport.az saytının məlumatına görə, bunu Ağdamın “Qarabağ” klubunun baş məşqçisi Qurban Qurbanov deyib.

 

47 yaşlı mütəxəssis Avropa Liqasının qrup mərhələsinin V turunun “Sevilya” ilə İspaniyadakı oyununa həsr olunan mətbuat konfransına qatılıb. Q.Qurbanov sabahkı matç barədə fikirlərini açıqlayıb: "İstənilən halda, xal baxımından bizim üçün çox vacib oyundur. Bizim üçün bütün oyunlar önəmlidir. Hər matçda çatışmayan cəhətlərimizi yaxşılaşdırmağa, yaxşı mübarizə aparmağa çalışırıq. Xüsusən də, belə komandalara qarşı. Sabah da böyük komandaya qarşı çıxış edəcəyik. 90 dəqiqə ərzində mübarizə aparmağa çalışacağıq".

 

Qeyd edək ki, sabah "Ramon Sançes Pisxuan" stadionunda keçiriləcək "Sevilya" - "Qarabağ" görüşü Bakı vaxtı ilə 00:00-da başlayacaq.

SEÇİLMİŞ XƏBƏRLƏR

DİGƏR XƏBƏRLƏR

XƏBƏR LENTİ
Top