Bibiheybətdəki sürüşmə ilə bağlı əraziyə yerli və əcnəbi mütəxəssislər cəlb olundu

HADİSƏ 27 noy 2019, 12:14

“Ölkə Prezidentinin tapşırığı ilə Baş Nazir və başqa müvafiq qurumların rəhbərləri Bibiheybətdə uçqun olan hadisə yerinə baxış keçiriblər. Artıq müvafiq qurumlara zəruri ilkin tapşırıqlar verilib”.

 

Bu barədə Nazirlər Kabinetinin mətbuat xidmətinin rəhbəri İbrahim Məmmədov məlumat verib.

 

Onun sözlərinə görə, təxirəsalınmaz tədbirlərin görülməsi və gələcəkdə bir daha təkrarlanmaması üçün prosesə xarici və yerli mütəxəssislər cəlb edilib: “Mütəxəssislərin vəziyyəti dərindən təhlilindən sonra qısa müddət ərzində bərpanın hansı istiqamətdə aparılacağı haqda qərar qəbul ediləcək”. (APA)

SEÇİLMİŞ XƏBƏRLƏR

DİGƏR XƏBƏRLƏR

XƏBƏR LENTİ
Top