Oqtay Gülalıyev palataya köçürüldü - FOTO

HADİSƏ 27 noy 2019, 09:37

Hüquq müdafiəçisi Oqtay Gülalıyev palataya köçürülüb.
Bu barədə hüquq müdafiəçisinin oğlu Əli Gülalıyev bildirib.

 

"Atam Oqtay Gülalıyev bu gün Amerikan xəstəxanasında (Türkiyənin İstanbul şəhərindədir - red.) palataya köçürülüb. Təəssüf ki, vəziyyəti ağır olaraq qalır. Komadan ayılması, ağciyərinə və qanına düşmüş infeksiya üçün həkimlər müalicə edirlər",- Ə.Gülalıyev qeyd edib.

 

Xatırladaq ki, hüquq müdafiəçisini oktyabrın 29-da Bakının mərkəzində maşın vurub. Yaxınları və həmkarları hadisənin qəsdən törədildiyini hesab edirlər. Gec əməliyyat olunması onun ağır olan vəziyyətini daha da ağırlaşdırıb. Üç gündən sonra  Heydər Əliyev Fondu O.Gülalıyevin müalicəsi məsələsini öz üzərinə götürərək onu Türkiyəyə göndərib. (yenisabah)

SEÇİLMİŞ XƏBƏRLƏR

DİGƏR XƏBƏRLƏR

XƏBƏR LENTİ
Top