Ətin qiymətiylə bağlı VACİB XƏBƏR - Yanvarın 1-dən...

İQTİSADİYYAT 26 noy 2019, 17:34

Yeni irəli sürülmuş layihəyə əsasən, heyvandarlıq və quşçuluq təsərrüfatlarında istifadə edilən yem və yem əlavələrinin satışı üzrə dövriyyələr 2020-ci il yanvarın 1-dən 4 il müddətində ƏDV-dən azaddır.

 

“ƏDV azad olunan sahələr əsasən əhalinin ərzaq təlabatının ödənilməsi sahəsində vacib məsələdir”.

 

Bunu  açıqlamasında iqtisadçı İlham Əzizov bildirib.

 

Onun sözlərinə görə, bu, son illər bu sahədə yeni yaradılmış müəssisələrə dəstək məqsədi daşıyır:

 

“Balıq yemi istehsal edən müəssisələr həm də heyvan və quş yemləri istehsal edir. Bu bazarda qiymətin stabil qalması baxımından da əhəmiyyətlidir. 2017 ci ildən tətbiq edilən bu vergi növünün ləğvi məqsədəuyğundur. Ölkə tam həcmdə özünü heyvan və quş əti ilə təmin edə bilmir. Bu istehsalın artmasına və qiymətlərin sabit qalmasına şərait yaradacaq.

 

Bu sahələrə təlabat artan templə gedir. Ölkəmizdə adam başına heyvan və quş əti istehlakı ətraf ölkələrdə aşağı səviyyədədir. Odur ki, bu sahənin inkişafı üçün əsas məhsul olan yemlərin ƏDV dən azad olması ümimlikdə sahənin canlanmasına kömək edəcək”. (Redaktor.az)

 

SEÇİLMİŞ XƏBƏRLƏR

DİGƏR XƏBƏRLƏR

XƏBƏR LENTİ
Top