Nigar və Eldarın “Avroviziya”dakı birinciliyi Türkiyədə dərsliklərə salındı

ŞOU-BİZNES 26 noy 2019, 15:57

2011-ci ildə “Avroviziya” beynəlxaq mahnı müsabiqəsində Azərbaycana qalibiyyət gətirən müğənnilər Nigar Camal və Eldar Qasımovun birinciliyi  Türkiyədə dərsliklərə salınıb.

Bu barədə Nigar Camal sosial şəbəkədəki səhifəsində məlumat verib.  

 

“Yedi İklim Türkçe” dərsliyində həmyerlərimizin uğurundan yazılıb:

 

“56-cı “Eurovision” musiqi yarışması 14 may 2011-ci ildə Almaniyanın Düsseldorf şəhərində keçirilib. Yarışmanın birincisi 221 xalla Azərbaycan oldu. Azərbaycanın mahnısını Eldar və Nigar söyləyib. İtaliya 189 balla ikinci, İsveç isə 185 balla üçüncü olub”.

 

Qeyd edək ki, Nigar və Eldar “Running Scared” mahnısı ilə ilk dəfə ölkəmizə birincilik gətirmişdi. Həmin il isə Türkiyə yarışmada iştirak etməmişdi.(oxu.az)

DİGƏR XƏBƏRLƏR

XƏBƏR LENTİ
Top