Bakıda daha bir yol çökdü

HADİSƏ 26 noy 2019, 09:58

Bakı şəhəri, Xəzər rayonu, Binə qəsəbəsində yeni çəkilmiş yol çöküb.

 

Demokrat.az “avtosfer.az”a istinadən xəbər verir ki, hadisə İmam Rza məscidinin yerləşdiyi küçədə baş verib. KamAZ markalı su maşını hərəkətdə olarkən qəfildən təkərinin biri asfalta girib.

 

Qeyd edək ki, ərazidə bir müddətdir "Azərsu" qazıntı iləri apararaq su çəkir.

 

Daha sonra isə qazılan ərazilərin üstünə asfalt vurulur.

SEÇİLMİŞ XƏBƏRLƏR

DİGƏR XƏBƏRLƏR

XƏBƏR LENTİ
Top