Yakutiyada havanın temperaturu mənfi 52 dərəcəyə çatdı

DÜNYA 26 noy 2019, 09:49

Saxa-Yakutiya Respublikasının Verxoyansk şəhərində havanın temperaturu mənfi 52 dərəcəyə qədər düşüb.

 

TASS xəbər verir ki, bu barədə respublikanın hidrometrologiya idarəsi məlumat yayıb.

 

Məlumatda Bataqay yaşayış məntəqəsində mənfi 51 dərəcə olduğu bildirilir. Mənfi 45 dərəcədən aşağı temperatur Momsk, Öymyakon və Tompson rayonlarında qeydə alınıb.

 

Verxoyansk məktəblərində dərslər məhdudlaşdırılıb.(oxu.az)

SEÇİLMİŞ XƏBƏRLƏR

DİGƏR XƏBƏRLƏR

XƏBƏR LENTİ
Top