Azərbaycanda polis zabiti 17 yaşlı oğlanı vurdu

HADİSƏ 25 noy 2019, 23:43

Tovuzda piyadanın vurulması ilə nəticələnən yol qəzası baş verib.

 

Trend-in məlumatına görə, hadisə rayonun Dondar Quşçu kəndində olub.

 

Rayonun Düz Qırıqlı kənd sakini, 1997-ci il təvəllüdlü Həsənov Saleh Ələddin oğlu idarə etdiyi "KİA" markalı 99AV917 dövlət nömrə nişanlı avtomobillə hərəkətdə olarkən kənd sakini, 2002-ci il təvəllüdlü Ələkbərov Süleyman Çingiz oğlunu vurub.

 

Yaralı ağır vəziyyətdə xəstəxanaya yerləşdirilib.

 

Hadisəni törədən S.Həsənov Tovuz rayon Polis Şöbəsinin təhqiqat bölməsinin təhqiqatçısı, polis leytenantıdır.

 

Faktla bağlı araşdırma aparılır.

SEÇİLMİŞ XƏBƏRLƏR

DİGƏR XƏBƏRLƏR

XƏBƏR LENTİ
Top