Avtomobili ilə xəstəxanalıq etdiyi adamı məhkəməyə verdi – VİDEO

HADİSƏ 25 noy 2019, 21:00

Bu gün Space Tv-də Amil Xəlilin «Gəl dərdini danış» sosial-krminal layihəsində maraqlı anlar yaşanıb.

 

Demokrat.az-ın məlumatına görə, verilişə müraciət edən Şəkir rayon sakinləri övladlarının avtomobillə vurulduğunu deyiblər. Ən qəribə hal isə sürücünün onları məhkəməyə verməsi olub. Belə ki, sürücü İlkin adlı şəxs avtomobili ilə vurduğu  Zamiqi məhkəməyə verib ki, sonuncu onun maşınına ziyan vurub. Kasıb ailə olduğunu deyən Humay xanım və əri Fikrət bəy məsələdən çaş-baş qaldıqlarını bildiriblər. Daha sonra adı hallanan sürücüdə efirə qoşulub və deyilənləri qismən təsdiq edib. Birbaşa efirdə ara biraz qarışıb.


Ardınca isə Zamiq adlı şəxs dərdini danışıb. O, gəzdiyi qadın tərəfindən aldadıldığını bildirib. Onun sözlərinə görə Sevda adlı şəxs ona külli miqdarda ziyan vurub. O, xanıma görə ailəsini dağıtdığını etiraf edən Zamiq qadının dələduzluğundan sonradan xəbər tutduğunu bildirib. Həmin anları sizə təqdim edirik.


 
Qeyd edək ki, veriliş həftə içi hər gün saat 12:50 də Space Tv-də yayımlanır.

 

SEÇİLMİŞ XƏBƏRLƏR

DİGƏR XƏBƏRLƏR

XƏBƏR LENTİ
Top