Azərbaycan on iranlı məhkumu vətəninə qaytarıb

HADİSƏ 25 noy 2019, 13:39

Azərbaycan 10 iranlı məhkumu ölkəsinə qaytarıb.

 

“Haberler”in məlumatına görə, bu barədə İran Ədliyyə Nazirliyinin İnsan hüquqları və beynəlxalq münasibətlər nazirinin müavini Mahmud Abbasi məlumat verib.

 

O, Azərbaycanda həbs olunan 10 İran vətəndaşının ölkələrinə təhvil verildiyini deyib.

 

Narkotik maddə qaçaqçılığı və qaçaq yollarla ölkəyə daxilolma səbəbindən həbs olunan İran vətəndaşlarının məhkumluq həyatına İran həbsxanasında davam edəcəklərini qeyd edən Mahmud Abbasi ölkə xaricində olan vətəndaşlarına qanunlara riayət etmələri barədə xəbərdarlıq edib.

SEÇİLMİŞ XƏBƏRLƏR

DİGƏR XƏBƏRLƏR

XƏBƏR LENTİ
Top