Xalq şairi: “Deyirlər, başını aşağı sal, işlə” — “Ziyalı xalqın önündə getməlidir”

MARAQLI 25 noy 2019, 11:07

“Mənə əzab verənlərin çoxu artıq məhv olub gedib . Onlarla sınaqdan mən qalib çıxdım. Onlar uduzdu”.

 

Demokrat.az-ın xəbərinə görə, bunu Azərbaycanın Xalq şairi Vahid Əziz Azvision.az-a müsahibəsində deyib.
 

“Deyirlər, başını aşağı sal, işlə. Başımı aşağı salıb, yerimdə dinməzcə otursaydım, nə siz mənə bu gün zəng edərdiniz, nə də məni sayan olardı. Məndə inqilabçı ruh var. Ən xoşum gəlməyən isə "palazan bürün, el ilə sürün" misalıdır. Mən bunu istəməmişəm. Həmişə ayaq üstə olmağı, əlimdə "silah" tutmağı istəmişəm. İrəlidə olmağı sevirəm. Xalqın ziyalısı xalqın önündə getməlidir”.


Demokrat.az

DİGƏR XƏBƏRLƏR

XƏBƏR LENTİ
Top