Türkiyə yenidən silkələndi

DÜNYA 24 noy 2019, 23:47

Aralıq dənizinin Türkiyə sahillərində 3,5 bal gücündə zəlzələ baş verib.

 

“Qafqazinfo”nun “Milliyet”ə istinadən məlumatına görə, yeraltı təkanlar yerli vaxtla saat 13:57 radələrndə Antalya əyalətinin Kumluca rayonu sahillərində qeydə alınıb.  

 

Zəlzələnin episentri rayondan 32,97 kilometr aralıqda, ocağı isə 16,23 kilometr dərinlikdə yerləşib.

 

Dağıntı və tələfat haqda məlumata daxil olmayıb.

SEÇİLMİŞ XƏBƏRLƏR

DİGƏR XƏBƏRLƏR

XƏBƏR LENTİ
Top