Cəmiyyətin tanınmış simaları Əli İnsanovun HƏP-ni gülüş obyektinə çevirdi – FOTO

SİYASƏT 24 noy 2019, 23:21

Sabiq səhiyyə naziri Əli İnsanovun qurduğu Haqq və Ədalət Partiyası(HƏP), eləcə də onun idarə heyətindəki şəxslərin kimliyi sosial şəbəkədə geniş müzakirə mövzusu olub.

 

Cəmiyyətin tanınmış simaları, siyasətçilər, jurnalistlər, ictimai fəallar HƏP barədə ironiyalı, gülüş doğuran statuslar yazıblar. Onlardan bir neçəsini nəzərinizə çatdıraq. 

 

Vəkillər Kollegiyasının üzvü, vəkil Anar Qasımlı: “HƏP-in şüarı bu olmalı:

 

HƏP böylə yayılsın hər kəsə vədlər,
Pulsuz olacaqdır, iynələr, HƏBlər!”

 

Vətəndaşların Əmək Hüquqlarının Müdafiəsi Liqasının rəhbəri Sahib Məmmədov: “400-dən artıq məhkəmə qərarını icra etməyən adam ədalət (justice) sözündən istifadə edə bilərmi?”

 

Konfliktoloq Əvəz Həsənov: “Bəxtiyar Vahabzadənin oğlu da gedib Əli İnsanova qoşuldusa, gör atası qəbirdə necə çevrilir. Bu partiyanın adını Hamısı Əliağıllı Partiyası - HƏP qoydum”.


 
Real Partiyası funksioneri, iqtisadçı Natiq Cəfərli: “HƏPçi. Ya səbr”.

 

Jurnalist Aygün Muradxanlı: “HƏPpirimlər partiyası. Herblərində də yəqin təzyiqölçən şəkli olar. Şkalası 70-30”.

 

Aznews.az saytının rəhbəri Taleh Şahsuvarlı: “Əli İnsanov və Bəxtiyar Vahabzadənin oğlu... İsmayıl Şıxlının oğlu, sən də dürüst ol, işimizi bilək. Bax, Mehman Əliyev Əli İnsanovla bir masa ətrafında oturmaqdan utanmadı, sən də utanma, çünki sizlərdə utanan üz yoxdur!!!”

 

Jurnalist Oqtay Hacımusalı Musayev: “Məzən olsun, ay Əli kişi...

 

Dünyada qəbul olunmuş bir aksioma var: kimdə nə çatışmırsa, götürüb onu əlində bayraq edir. Məsələn, sabiq səhiyyə naziri Əli İnsanov kimi... Əli müəllim bildiyim qədəri ilə çiçəyi burnunda bir partiya yaradıb, adını da qoyub Haqq və Ədalət partiyası... şəkil də paylaşıblar hələ üstəlik. Vallah şəklə diqqətlicə baxdım və öz özümə düşündüm bir anlığına: haqq və ədalət uğrunda mübarizə aparacaqlar indi bunlar? Ümumiyyətlə, bu ağsaqqallar nəyin davasını döyürlər? Kimin yanında olacaqlar, hansı dəyərləri müdafiə edəcəklər? İqtidaryönümlü olacaqlar deyəcəyəm, özümə də inandırıcı gəlməyəcək. Çünki, iqtidaryönümlü partiya qurmaq Əli Insanovun nəyinə lazımdır axı? Öz liderinə, onun qoyduğu prinsiplərə xəyanət edən birisi, korrupsiyanın dibinə vuran məmur kimi ad çıxaran Əli İnsanov heç vəchlə iqtidaryönümlü olmayacaq və olmağa da çalışmayacaq. İçində ciddi bir aqressiya olan Əli İnsanov cəmi bir neçə həftə öncə bir masada oturduğu əvvəllər genetik xəstə adlandırdığı radikallara da HƏP i qurmaqla badalaq gəldi. Onlarla da bir yerdə olmadığını böyük bir iddia daşıyıcısı olduğunu sübut etdi. Amma gəlin görək bu yaşı keçmiş sabiqlərdən ibarət truppa nəyə iddialı olacaq və ortaya nə qoyacaq? Ya qismət, bu partiya özünü doğruldası, nəsə etməyə cəhd göstərəsi, o zamana kimi cənab mələklərdən biri yəqin bir tək səbir gətirər: Hə, hə, HƏPçi...


Söhbətin belə tez bağlanacağından elə əminəm... Lap elə adımın Oqtay olması kimi...”

Musavat.com 

SEÇİLMİŞ XƏBƏRLƏR

DİGƏR XƏBƏRLƏR

XƏBƏR LENTİ
16 apr 2024, 09:22
15 apr 2024, 22:46
Top